XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 18:25

Netanyahu Məhəmməd bin Salmanla görüşüb –KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

“Jerusalem Post”un verdiyi xəbərə görə, bu barədə İsrail mənbələri məlumat yayıb.

Məlumata görə, noyabrın 22-də Baş nazir Beynayim Netanyahu və Mossadın rəhbəri Yossi Kohen Səudiyyə Ərəbistanına səfər ediblər və orada Məhəmməd bin Salmanla görüşüblər.

Onlar Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo ilə də görüşüblər. 

Səyahət zamanı Benyamin Netanyahu iş adamı Udi Anqelə məxsus olan şəxsi təyyarədən istifadə edib. 

Adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, bu səfər gizli olub və bununla bağlı Müdafiə və Xarici İşlər nazirlərinə məlumat verilməyib. (apa)