ABŞ-ın Bruklin şəhərində atışma olub.
Bu barədə CNN polisə istinadən məlumat yayıb.
Atışma ötən gün əyləncə gecəsində baş verib. Polis əməkdaşları hadisə yerində 7 nəfər yaralını aşkar ediblər. Yerli xəstəxanalara çatdırılan yaralıların hamısı 14-20 yaş aralığında olub.
Daha sonra xəsarət alanlardan bir nəfər – 20 yaşlı qız xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması barədə məlumat verilməyib. (apa)