XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2020 - 21:48

İngiltərədə karantin rejimi uzadılmayacaq –Conson açıqladı

İngiltərədə koronavirusla mübarizə çərçivəsində tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək. 

Bu barədə Britaniyanın Baş Naziri Boris Conson telekonfrans vasitəsilə keçirilən açıqlamasında deyib.

O qeyd edib ki, 5 noyabrdan etibarən İngiltərədə qüvvədə olan karantin uzadılmayacaq.

Lakin baş nazir bildirib ki, bununla yanaşı, koronavirusun geniş yayılması ilə əlaqədar üç mərhələli yeni məhdudiyyətlər tətbiq ediləcək. Buna görə koronavirusun çox yayıldığı ərazilərdə restoranlar bağlı qalacaq, insanlar evlərindən işləməyə davam edəcək.

Qeyd edək ki, hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 527 495 nəfərə çatıb/APA.