XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 20:59

Rusiya İranı müdafiə etdi:"İranın raket sınaqları tamamilə qanunidir"

Mixail-Ulyanov

Rusiya Xarici İşlər Nazirliyinin silahlanmaya nəzarət idarəsinin rəisi İranın raket sınaqlarının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olduğunu bildirib.

"İnterfaks" agnetliyi bildirir ki, Mixail Ulyanov İranın raket sınaqları ilə bağlı məsələni araşdırmaq üçün Təhlükəsizlik Şurasının fövqəladə iclasının təşkil edilməsi ilə bağlı ABŞ, Fransa, İngiltərə və Almaniyanın irəli sürdükləri təklifə reaksiya olaraq bildiirb ki, İranın raket sınaqları Təhlükəsizlik Şurasının qətnaməsini pozmur:  "BMT TŞ-nin qətnaməsi İran üçün raket sınaqlarının aparılmasını qadağan etməyib".

Amerika, Fransa, İngiltərə və Almaniya çərşənbə günü müştərək müraciətdə iddia ediblər ki, İranın raket sınaqları Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir və buna görə də məsələ ilə bağlı iclas təşkil etməlidir.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah "Vilayət İqtidarı" adlı manevrdə bir neçə uzaq mən zilli ballistik raketi sınaqdan keçirib.

İran dəfələrlə elan edib ki, raket proqramının genişləndirilməsi məsələsi müzakirə mövzusu ola bilməz və İran bu xüsusda hansısa məhdudiyyət də qəbul etmir.

İRİB