XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 09:03

Miçiqan ştatında Baydenin qələbəsi rəsmən təsdiqləndi –Tramp səlahiyyətlərini təhvil verir

ABŞ-ın Miçiqan ştatı prezidentliyə namizəd Co Baydenin qələbəsini rəsmi olaraq təsdiqləyib.

“CNN” xəbər verir ki, Bayden ştatda hazırkı dövlət başçısından 150 min çox səs toplayıb. Bununla da, Bayden Miçiqan ştatında 16 seçici səsi alıb.

Artıq demokratın keçid komandası yaxın günlərdə hazırkı prezident Donald Trampın administrasiyasındakı federal departament nümayəndələri ilə səlahiyyətlərin ötürülməsi ilə bağlı danışıqlara başlayacaq.

Tramp isə öz növbəsində, ABŞ Administrasiyasının Ümumi İşlər İdarəsinin rəhbəri Emili Mörfiyə və administrasiyasının üzvlərinə səlahiyyətlərin növbəti rəhbərliyə təhvil verilməsinə dair ilkin prosedurlarla əlaqədar lazım olanı etməyi tövsiyə edib/Report.