XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2020 - 09:17

İspaniya Kralı özünü 10 günlük təcrid edəcək –VI Filipin koronavirusa yoluxan şəxslə görüşüb

İspaniya Kralı VI Filipin bazar günü təmasda olduğu bir şəxsin sonradan koronavirusa yoluxduğu müəyyən edilib. 

“El Pais” nəşrinin verdiyi məlumata görə, bu səbəbdən monarx sanitariya normalarına riayət edərək, 10 gün ərzində öz təcrid etmək qərarına gəlib.

Qeyd edək ki, İspaniyada pandemiya başlayandan bəri 1,58 milyondan çox yoluxma hadisəsi qeydə alınıb. Yeni növ virusdan ölənlərin sayı  43 mini ötüb/APA.