XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2020 - 10:06

İtaliyada koronavirus:son sutkada 630 nəfər dünyasını dəyişib

İtaliyada son sutka ərzində koronavirusdan 630 nəfər dünyasını dəyişib. 

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi qurbanların sayı 50 minə çatıb.

Ümumilikdə, ölkə üzrə 1 431 795 nəfər koronavirusa yoluxub, 31 395 nəfər sağalıb. Demək olar ki, bir milyon yarım insan özünü təcrid edib.

Xatırladaq ki, İtaliyada bir gün əvvəl ölüm sayı 562 nəfər olub. Bir sutkada rekord ölüm sayı isə martın 27-də qeydə alınıb – 969 nəfər/APA.