XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 11:00

Kral Abdullah Ermənistan prezidenti ilə görüşdə:"Qarabağ düyününün açarı BMT qərarlarıdır"

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və BMT qətnamələrinə uyğun nizamlanmalıdır”.

Strateq.az ISNA-ya istinadla xəbər verir ki, bunu İordaniya kral II Abdullah bildirib.

Əmmanda Ermənistan prezidenti Armen Sarkisyanla görüşdə II Abdullah ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin BMT Təklükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquqa uyğun olaraq həll edilməsinə əminliyini bir daha vurğulayıb.

O, həmçinin, İsraillə Fələstin arasındakı qarşıdurmanın, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil Fələstin dövlətinin qurulmasını təmin edən iki dövlətli həll yolu ilə nizamlanmalı olduğunu bildirib.