XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2020 - 22:38

Baş nazirin müavini:“Gürcütanda hərəkət məhdudiyyəti ilə bağlı müddət artırıla bilər”

“Gürcütanda hərəkət məhdudiyyəti ilə bağlı müddət artırıla bilər”.

Bu barədə Gürcüstan baş nazirinin birinci müavini Maya Tskitişvili brifinqdə bildirib.

Onun sözlərinə görə, ticarət obyektlərinin iş saatlarının azaldılması və ya müəyyən günlərdə fəaliyyət göstərməməsi ilə bağlı məsələ də müzakirə olunur.

M.Tskitişvili deyib ki, hazırkı mərhələdə ölkədə yeni əlavə məhdudiyyətlərlə bağlı qərar hələ qəbul edilməyib.

Qeyd edək ki, noyabrın 9-dan Gürcüstanın iri şəhərlərində saat 22:00-dan 05:00-dək vətəndaşların və avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub/Report.