XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2020 - 20:49

Ermənistan müdafiə nazirinin daha bir müavini istefa verdi –Makar Qambaryan da yola salınıb

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

Bu barədə “Mediaport Telegramm” məlumat yayıb.

O, 2018-ci ilin may ayının 29-da bu vəzifəyə təyin edilib. Onun keçmiş müdafiə naziri David Tonoyan tərəfindən hazırlanıb, reallaşdırılan korrupsiya sistemində birbaşa iştirak etdiyi bildirilir.

Qeyd edək ki, M.Qambaryan bundan əvvəl Ermənistan hökumətinin administrasiyasında maliyyə-iqtisad idarənin rəisi olub. Bundan sonra beynəlxalq iqtisadi inteqrasiya və islahatlar üzrə nazir müavini işləyib. 2018-ci ilin aprelində bu qurum ləğv edilib/Report.