İsrail Səudiyyə Ərəbistanına sərhədlərində “Dəmir qübbə” adlı raketdən müdafiə sistemi qurmağı təklif edib. Əl-Riyad isə təklifi geri çevirilb.
Bu barədə məlumatı ərəbcə nəşr olunan “Rey əl-yövm” qəzeti yayıb. Qəzetin bildirdiyinə görə, təklif ABŞ-ın İordaniyadakı səfiri vasitəsilə verilib.
Qeyd edək ki, “Dəmir qübbə” İsrail tərəfindən öz sərhədlərində HAMAS-ın raketlərinə qarşı qurulan müdafiə sistemdir. 2005-ci ildə təməlləri atılan qurğular 2011-ci ildə fəaliyyətə başlamışdır. Son 3 ildir Fələstindən İsrailə atılan raketlər bu sistem vasitəsilə göydə təsbit edilib əks raket atışlarıyla zərərsizləşdirilir. “Dəmir qübbə”nin indiyə qədər 10 raketdən 8-ini zərərsizləşdirdiyi bildirilir.
Səudiyyə Ərəbistanına edilən təklif təsadüfi deyil. Son zamanlar husi silahlıları Yəməndən ölkəyə raket atışlarını intensivləşdiriblər. Həftə ərzində bu raket hücumları nəticəsində 2 səudiyyəlinin öldürüldüyü bildirilir.
Strateq.az