Əfqanıstanda terror aktı törədilib, ölənlər var.
“Reuters”in verdiyi xəbərə görə, terror aktı Əfqanıstanın mərkəzi vilayəti olan Bamiyanda baş verib.
Polisin verdiyi məlumata görə, Bamiyan şəhərinin mərkəzi bazarının yaxınlığında arda-arda iki partlayış baş verib, nəticədə 12 mülki şəxs və 2 yol polisi həlak olub, 45 nəfər isə yaralanıb/APA.