XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2020 - 09:26

Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs qazanan ilk namizəddir

Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs qazanan ilk namizəd olub.

APA xəbər verir ki, bir çox ştatın rəhbərliyi seçki nəticələrini hələ də ümumiləşdirməyə davam edir, ancaq “NBC” telekanalının məlumatına görə, indiyə qədər azı 80 011 360 seçicinin Baydenə səs verdikləri, Ağ Evin hazırkı başçısı Donald Trampı isə 73 881 874 nəfərin dəstəklədiyi məlumdur.

“Cook Polit Report” araşdırma təşkilatının verdiyi məlumata görə, Demokrat 80 070 466 səs toplayıb. Öz növbəsində “Fox News” Baydenin hələ 80 milyon həddini keçmədiyini iddia edir.