XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2020 - 09:55

ABŞ Əfqanıstana 600 milyon dollar yardım ayıracaq- Pompeodan açıqlama

ABŞ gələn il Əfqanıstanın mülki əhalisinə 600 milyon dollarlıq humanitar yardım ayıracağına söz verib.

APA “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Mayk Pompeo sülh danışıqlarının nəticələrinin Əfqanıstana ayrılacaq beynəlxalq yardımın həcminə və miqyasına təsir edəcəyini deyib.

“Prezident Donald Trampın ABŞ əsgərlərinin bu ayın əvvəlində Əfqanıstandan çıxarılması qərarı siyasətdə dəyişiklik demək deyil. Biz Əfqanıstanı dəstəkləməyə və 2021-ci ildə mülki yardım üçün 600 milyon dollar verməyə hazırıq. Sülh prosesi irəlilədikcə pulun yarısı əldə ediləcək”, – deyə Pompeonun açıqlamasında qeyd olunub