XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2020 - 14:02

Ronaldu, Messi və Levandovski ən yaxşı futbolçu adına namizəd oldu

FIFA-nın versiyasına əsasən, ilin yaxşı futbolçusu adına namizədlər bəlli olub.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya “Yuventus”undan Kriştianu Ronaldu, İspaniya “Barselona”sından Lionel Messi, Almaniya “Bavariya”sından Robert Levandovski, Fransa PSJ-sindən Neymar və Kilian Mbappe, İngiltərə “Liverpul”undan Tiaqo Alkantara, Məhəmməd Salah, Sadio Mane, Virgil Van Dayk, İspaniya “Real Madrid”indən Serxio Ramos və İngiltərə “Mançester Siti”sindən Kevin De Breyne iddia edir.

Qeyd edək ki, “The Best” mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formada təşkil ediləcək. Səsvermə 25 noyanr – 9 dekabrda gerçəkləşəcək.