XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2020 - 21:22

Dünyada koronavirus:yoluxanların sayı 60 milyon nəfəri ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 60 milyon nəfəri ötüb.

Azərtac pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, noyabrın 24-də daha 543 min 252 yoluxma halı aşkarlanıb, 11 min 713 koronavirus xəstəsi vəfat edib.

Saytın son məlumatına əsasən, dünya üzrə koronavirusa yoluxanların sayı 60 milyon 126 min 709 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 415 min 226 nəfərə çatıb. Eyni zamanda, 41 milyon 570 min 652 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 17 milyon 140 min 831 xəstədən 103 min 478 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 12 milyon 956 mini ötüb. Hindistanda 9 milyon 222 min, Braziliyada 6 milyon 121 min, Fransada 2 milyon 153 min, Rusiyada isə 2 milyon 138 min yoluxma qeydə alınıb.

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür – 265 min 943 nəfər. Ölüm göstəricisinə görə, ilk beşliyə daxil olan Braziliyada 170 min 179, Hindistanda 134 min 743, Meksikada 102 min 739, Böyük Britaniyada isə 55 min 838 nəfər həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.