XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2020 - 23:37

Fəxrəddin Qoca:“Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı 168 nəfər olub, bu, ən yüksək rəqəmdir”

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 168 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca  nazirliyin nəzdində COVID-19-la mübarizə tədbirləri üçün yaradılan Elm Qrumunun növbəti toplantısından sonra keçirilən mətbuat konfransında son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  164 547 şübhəli koronavirus testindən keçib, onlardan 6814-nin cavabı pozitiv çıxıb, 3911 xəstə isə sağalaraq evə buraxılıb.

Nazir son 3,5 ayda ağır xəstə sayının 9 dəfə artdığını bildirib: “Ağır xəstə sayımız 4641 nəfər olub. Vəziyyət son dərəcə gərgindir. Ölüm sayı da bu gün ən yüksək rəqəmdir. Türkiyədə indiyədək 467 730 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 840  nəfər ölüb”.

Nazir deyib ki, ölkədə pandemiya yeni mövsümdə sürətlə artdığı üçün Türkiyədə COVID-19 testi kütləvi  hal alacaq: “Bir gündə 200 mindən çox insan testdən keçirilməsi nəzərdə tutulub”.

F.Qoca yeni növ koronavirusla əlaqədar gündəlik baş verən hadisələrin də bu gündən statistikasınnı açıqlanacağını deyib: “Son 24 saatda 28 min 351 hadisə baş verib”.