XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2020 - 19:52

İsveçin Kral Sarayı:"Şahzadə və xanımı koronavirusa yoluxublar"

İsveç şahzadəsi Karl Filip və xanımı şahzadə Sofiya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxublar.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə İsveçin kral sarayı məlumat yayıb.

Bildirilib ki, onlar hazırda özlərini normal hiss edirlər və gün ərzində Kral XIV Karl Qustav, kraliça Silviya, şahzadə Karlın böyük bacısı vəliəhd şahzadə Viktoriya və onun həyat yoldaşı şahzadə Daniel koronavirusla bağlı analiz verəcəklər/APA.