XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2020 - 16:57

Rusiyalı deputat:“Fransa senatının Qarabağın müstəqilliyini tanıması ikiüzlülükdür”

“Əgər Fransa hakimiyyətinə insanların öz müqəddəratını təyin etməsi elə vacibdirsə, demokratik dəyərlərə və digər xalqların səylərinə hörmətlə yanaşma mövqeyi düşünülmüş siyasi oyun deyil, həqiqətən səmimidirsə, onda Dağlıq Qarabağın müstəqilliyinin ardınca Krımın Rusiya ərazisi olması haqqında qərar qəbul edilməlidir”.

Bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet RİA Novosti agentliyinə açıqlamasında bildirib.

Krım regionundan olan deputat Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından sonra Fransa senatının Krımın Rusiya ərazisi olduğunu tanımasının məntiqi addım olacağını söyləyib: “Bu, gecikmiş, amma məntiqi addım olar. Əks halda, fransalı senatorların qərarı ikiüzlülükdən başqa bir şey deyil”.

Rusiyalı deputatın sözlərinə görə, Fransa senatının Qarabağla bağlı qərarı Türkiyəyə münasibətdə geosiyasi tapşırıqları həll etmək üçün düşünülmüş “siyasi oyun”dur: “Krıma münasibətdə Fransa tamamilə başqa siyasi oyun aparır. Mən inanmıram ki, fransalı senatorları Dağlıq Qarabağdakı insanların taleyi narahat edir. İnanmıram ki, onlar Krımı tanıya bilərlər. Əgər Fransa tərəfi həqiqətən insanların qayğısına qalsaydı, hərbi münaqişəni çoxdan dayandırmağa, Qarabağda insan itkilərinə imkan verməməyə cəhd edərdilər, necə ki, bunu Rusiya öz sülhməramlılarını yerləşdirərək etdi”/APA.