XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2020 - 23:53

Hindistanda beynəlxalq uçuşlara qoyulan qadağa uzadılıb- İlin sonunadək

Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq müntəzəm uçuşlara qoyulan qadağa ilin sonunadək uzadılıb.

Bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyi açıqlama yayıb. Nazirlik dünyanın bir çox ölkəsində, eləcə də Hindistanın özündə virusa gündəlik yoluxma hallarının çoxalması səbəbindən beynəlxalq uçuşların bərpa olunmasını məqsədəuyğun hesab etməyib. Qadağa beynəlxalq karqo uçuşlarına və xüsusi reyslərə aid deyil.

Qeyd edək ki, Hindistan COVID-19 infeksiyasına ümumi yoluxma sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Ötən sutka qeydə alınan 44 min 489 yoluxma ilə ümumi yoluxanların sayı 9 milyon 266 mini ötüb. İndiyədək bu ölkədə 135 min 223 nəfər pandemiyanın qurbanı olub.

Hindistanda pandemiya səbəbindən mart ayından beynəlxalq müntəzəm uçuşlara qadağa qoyulub. O vaxtdan bəri yalnız çarter və xüsusi reyslər həyata keçirilir(azərtac).