XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2020 - 11:37

Ermənistanda koronavirus:ölənlərin sayı 2 090-a yüksəlib

Ermənistanda daha 1 476 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 132 346-нф yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 090-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 527-yə yüksəlib. İndiyədək 105 149 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 24 580 aktiv koronavirus xəstəsi var. (report)