XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2020 - 11:48

Gürcüstanda koronavirus:yoluxanların sayı 4 780 nəfər artıb

Gürcüstanda ötən sutkada koronavirusa 4 780 yeni yoluxma faktı qeydə alınıb, 3 489 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 123 470-ə çatıb. Yoluxanların 102 270-i sağalıb, 1 161-i isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 114, stasionar nəzarətdə 6 251 nəfər saxlanılır. 3 863 nəfər isə xüsusi otellərdə müalicə olunur. (report)