XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2020 - 12:21

Rusiya Bankı:"Qlobal neft qiymətləri təzyiq altındadır"

Yeni növ koronavirus pandemiyasının ikinci dalğası səbəbindən qlobal neft qiymətləri təzyiq altında qalmaqdadır.

Bu barədə Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) hazırladığı maliyyə sabitliyi haqqında icmalda deyilir. 

İcmala əsasən, bu fonda “OPEC+” (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri 2021-ci il 1 yanvar tarixindən hasilatın planlaşdırılan artımını təxirə sala bilərlər.

“Koronavirus infeksiyasının yayılması şəraitində neft bazarındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, qlobal neft qiymətləri təzyiq altındadır”, – icmalda deyilir.

Qeyd edək ki, aprel ayının 12-də “OPEC+” ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub. (apa)