XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2020 - 15:49

İranda koronavirus:ölənlərin sayı 47 mini ötüb

İranda ötən sutka ərzində 406 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 47 095 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 14 051 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 922 397 nəfərə yüksəlib.

İranda indiyədək 640 065 nəfər koronavirusdan sağalıb. Virus daşyıcılarından 5 860 nəfərin vəziyyəti ağır qiymətləndirilir. (apa)