XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2020 - 16:34

Rusiyada ərzaq məhsulları Aİ ilə müqayisədə üç dəfə tez bahalaşır –Rosstat

Rusiyada ərzaq qiymətləri yanvar-oktyabr aylarında 4,1%, Avropa İttifaqında (Aİ) isə 1,4% artıb.

Bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) açıqlamasında deyilir.

Eyni zamanda, oktyabr ayında Rusiyada ərzaq qiymətləri 0,8%, Aİ-də 0,3% bahalaşıb.

Rusiyada qiymətlərdə ən böyük artım şəkər, cem, bal, şokolad və şirniyyat (+11,8%) məhsullarında qeydə alınıb, Aİ-də isə bu məhsullar 0,9% bahalaşıb. Rusiyada meyvələr ilin əvvəlindən bəri 10,8%, Aİ-də 8,4% bahalaşıb.

Bundan başqa, Rusiyada çörək məhsullarının, dənli bitkilərin, yağ və piylərin qiyməti 6,8% artıb, Aİ-də isə un məmulatları və dənli bitkilərin qiyməti 0,9%, yağ və piylərin qiyməti 0,6% azalıb.

Balıq və dəniz məhsulları Rusiyada 3,5%, Aİ-də isə 0,9% bahalaşıb. Ət və ət məhsullarının qiyməti Rusiyada 2,1%, Aİ-də 1,6% artıb.

Eyni zamanda, Rusiyada süd məhsulları, pendir və yumurta 2%, Aİ-də 0,6% bahalaşıb. Tərəvəz isə Rusiyada yanvar-oktyabr aylarında 5,2%, Aİ-də 1,3% ucuzlaşıb. (apa)