XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

27 Noyabr 2020 - 19:05

Ərdoğan:"COVID-19 peyvəndinin hazırlanması istiqamətində işlərimiz davam edir"

Elmi Şura Türkiyədə COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində lazımi tədbirlər görür.

Burada vətəndaşlarımızın məsuliyyəti çox vacibdir. Bəzən qadağalara riayət edilmədiyini görürük. Biz Səhiyyə Nazirliyi tərəfindən alınan tədbirlərə uymağa məcburuq. Peyvəndin hazırlanması istiqamətində işlərimiz davam edir. Bu istiqamətdə Rusiya, Çin və Almaniyada da işlər aparılır. Ölkəyə peyvənd idxalı ilə bağlı Rusiya və Çin ilə danışıqlar davam edir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Varlıq Fondunun toplantısı və “Kanal İstanbul” layihəsi haqqında danışan Türkiyə Prezidenti deyib: “Varlıq Fondunun rəsmi sədri mənəm. Fondu qlobal olaraq çox fərqli bir məkanda yerləşdirmək niyyətindəyik. Qətər əmirinin səfəri zamanı 11 anlaşma imzalandı. Bunların içərisində bəzi firmaların öz paylarını satmaları və ya müxtəlif ölkələrdəki şirkətlərin paylarının satın alınması var. “Kanal İstanbul” layihəsi ilə əlaqədar tələblər də yerli və beynəlxalq səviyyələrdə mütəmadi olaraq artır. Layihə memarlıq və texniki baxımdan hazırdır. Bununla əlaqədar görüşlər Nəqliyyat, Ətraf Mühit və Şəhərsalma nazirlikləri tərəfindən aparılır. Bu layihə ilə İstanbul beynəlxalq səviyyədə çox fərqli bir gücə sahib olacaq”. (AZƏRTAC)