XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2020 - 19:36

Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb –Səhiyyə naziri

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 215 533 nəfərə, koronavirusdan ölənlərin sayı isə 38 558 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir. (apa)