XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

28 Noyabr 2020 - 00:07

ATƏT Nazirlər Şurasının toplantısı videokonfrans formatında keçiriləcək –Bu tarixdə

ATƏT Nazirlər Şurasının 27-ci toplantısı dekabrın 3-4-də videokonfrans formatında keçiriləcək.

Bu barədə məlumat təşkilatın rəsmi internet səhifəsində yerləşdirilib. Məlumatda, həmçinin bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar ilk dəfə Nazirlər Şurasının videokonfrans formatında keçirilməsi barədə qərar verilib. Təşkilatın saytında, həmçinin builki toplantının proqramı da yerləşdirilib.

Qeyd edək ki, bu il ATƏT-ə sədrliyi Albaniya edib, gələn il isə sədrlik İsveçə keçəcək. (AZƏRTAC)