XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2020 - 13:03

Rusiyada koronavirus:ölənlərin sayı 39 mini ötüb

Rusiyada son sutka ərzində daha 27 100 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 242 633 nəfərə çatıb.

Son sutka ərzində 510 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 39 068 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.