XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2020 - 11:34

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi qaçırıldı –Əfqanıstanda

Əfqanıstanın mərkəzindəki Vardak vilayətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə “Ariana News” TV kanalı BQXK-ya istinadən xəbər verib.

Açıqlamaya görə, şənbə günü girov götürülən əməkdaşın sərbəst buraxılması üçün danışıqlar aparılır.

Qeyd edək ki, hələ ki, ölkədə fəaliyyət göstərən qrupların heç biri BQXK-nin nümayəndəsini qaçırdıqlarını elan etməyib.