İran prezidenti Həsən Ruhani nüvə və raket sistemləri üzrə alim Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama verib.
Nazirlər Kabinetinin fövqəladə iclasında çıxış edən H.Ruhani M.Fəxrizadənin terror edilməsini namərdcəsinə bir addım adlandırıb. Prezident terrorunun ardınca sabitsizlik yaradacaq addımlarla mübarizə və bu kimi halların qarşısını almaq üçün göstəriş verib.
H.Ruhaninin göstərişinin detalları haqda ətraflı məlumat verilməyib. /APA