ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Jen Psakini yeni administrasiyasının mətbuat katibi təyin etmək niyyətindədir.
Bu barədə bazar günü Demokratlara yaxın bir sıra aparıcı KİV məlumat yayıb.
Bildirilib ki, Psaki əvvəllər Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub, hazırda Baydenin keçid komandasının məsləhətçisidir.
Həmçinin, Bayden Keyt Bedinqfildi Ağ Evin rabitə direktoru təyin etmək niyyətində olduğu da bildirilib. Qeyd edilib ki, ABŞ administrasiyasının jurnalistlərlə qarşılıqlı fəaliyyət göstərəcək əsas məsul işçilər qrupuna yalnız qadınlar daxil olacaq. (apa)