XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2020 - 11:38

Ermənistanda koronavirus:son sutkada 22 nəfər ölüb

Ermənistanda daha 356 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 135 124 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 164-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 538-ə yüksəlib. İndiyədək 108 442 nəfər infeksiyadan sağalıb. (report)