XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2020 - 15:49

Kəşfiyyat naziri:“Möhsün Fəxrizadənin qətlinə dair bəzi ipucları var”

“Möhsün Fəxrizadənin öldürülməsi ilə əlaqədar artıq bir çox ipucu əldə edilib”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın kəşfiyyat naziri Mahmud Ələvi bildirib.

Nazirin sözlərinə görə, alimin öldürülməsindən sonra Kəşfiyyat Nazirliyində bu hadisə hərtərəfli araşdırılıb və bu günə qədər bir çox ipucu əldə edilib.

Ələvi əlavə edib: “Təhlükəsizlik aspektləri səbəbindən bütün ölçüləri aydınlaşana qədər məlumat vermək mümkün deyil, lakin bu məsələlər dəqiqləşən kimi İran vətəndaşlarına məlumat veriləcək”.