XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2020 - 16:12

Əli Şəmxani:“Cinayət barədə məlumatlı olsaq da, qarşısını ala bilmədik”

“Ölkənin kəşfiyyat xidmətləri Möhsün Fəxrizadəyə sui-qəsd cəhdi barədə əvvəlcədən məlumat almışdı”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın Ali Təhlükəszilik Şurasının katibi admiral Əli Şəmxani  bildirib.

Şura katibinin sözlərinə görə, son 20 il ərzində iranlı alimə bir neçə uğursuz qəsd cəhdləri olub. “Bu dəfə də ölkənin kəşfiyyat xidmətləri qəsd ehtimalını proqnozlaşdırmışdı, lakin informasiyaya lazımi ciddilik göstərilməyib”.

Əli Şəmxani əlavə edib: “Kəşfiyyat xidmətlər sui-qəsd haqqında əvvəlcədən məlumat almış, şəhid Fəxrizadənin mühafizəsi gücləndirilmişdi, lakin bu dəfə düşmən peşəkar bir üslubdan istifadə edib əməlinə müvəffəq oldu”.

Ali Milli Təhlükəsizlik Şurasının katibi nüvə aliminin qisasının alınacağını bildirib. “Şübhəsiz ki, cinayətkar İsrail və “Mossad”dır”.