XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2020 - 19:34

ÜST-nin Rusiyadakı nümayəndəsi:"COVID-19 heç vaxt yox olmayacaq"

Koronavirus pandemiyasının yaxın aylarda bitəcəyinə ümid bəsləməyə dəyməz.

Bu fikri TASS agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyinin rəhbəri Melita Vuynoviç söyləyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq üçün hələ uzun yol keçilməlidir. Yalnız bir müddətdən sonra tətbiq olunacaq peyvənddən istifadə nəticəsində immunitet səviyyəsi yetəri səviyyəyə qalxdığı halda pandemiyanın bitdiyini elan etmək olar. M.Vuynoviç xəbərdarlıq edib ki, COVID-19 heç vaxt yox olmayacaq və digər viruslar kimi həmişəlik bizimlə qalacaq. “Biz onunla yaşamağı öyrənməli və virusun həyatımızı idarə etməsinə yol verməməliyik”, – deyə o bildirib.

ÜST-nin nümayəndəsi rusiyalılara Yeni il bayramlarını evdə keçirməyi tövsiyə edib. M.Vuynoviçin fikrincə, əyləncəli tədbirlərdə isə yalnız sosial məsafəni gözləməklə iştirak etmək olar(azərtac).