XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2020 - 22:59

Türkiyədə küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq –Qərar

Türkiyədə həfətəiçi hər gün saat 21:00-dan səhər saat 05:00-dək küçəyə çıxmaq qadağan olunacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə nazirlərlə birgə keçirilən kabinet toplantısından sonra açıqlama verən R.T.Ərdoğan yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar belə bir qərar verildiyini bildirib.

Türkiyə Prezidenti deyib ki, cümə günləri saat 21:00-dan bazar ertəsi sabah saat 05:00-dək ümumiyyətlə küçəyə çıxılmayacaq. Qərar dekabrın 1-dən qüvvəyə minəcək.

Prezident yaşı 65-dən yuxarı və 20-dən aşağı olan əhalinin ictimai nəqliyyatdan isitifadəsinin qadağan olunacağını da bildirib. (apa)