XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2020 - 00:14

İranın yüksək rütbəli zabiti İraqda öldürülüb –KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm Şahdanın İraqda öldürülməsi barədə bildirib.

Onun Suriya ilə sərhəddə öldürüldüyü xəbər verilib.

“Al-Arabiya” telekanalı iddia edib ki, Şahdan bir gün əvvəl axşam “Al-Kaim” nəzarət-buraxılış məntəqəsindən keçib, onun maşını sonra pilotsuz uçuş aparatı vasitəsilə vurulub. Zərbə nəticəsində SEPAH komandirindən başqa onu müşayiət edən 3 nəfər də həlak olub.

Öz növbəsində Livan telekanalı “Al-Mayadeen”in mənbələri Şahdanın qətli haqqında xəbərləri təkzib edib. (report)