XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 22:55

Rusiya səfirliyinin avtomobili Kabildə partladılıb –Yaralılar var

Rusiyanın Əfqanıstandakı səfirliyinin avtomobili Kabildə əldəqayırma partlayıcı qurğu ilə partladılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, dekabrın 1-də Rusiya diplomatik nümayəndəliyinin avtomobili Kabildəki Rusiya səfirliyinin binası yaxınlığında hərəkət edərkən əldəqayırma partlayıcı qurğu işə salınıb, səfirliyin avtomobildəki işçiləri yüngül beyin sarsıntısı alıblar.

Qeyd olunub ki, hücumun hədəfi, diplomatik korpusa məxsus olan avtomobilin qarşısında hərəkət edən və içərisində Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin hərbçiləri olan avtomobil olub.

M. Zaxarovanın sözlərinə görə, Rusiyanın Əfqanıstandakı səfirliyi işçilərin təhlükəsizliyini yaxşılaşdırmaq üçün əlavə tədbirlər görür/Report.