XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 13:54

Britaniya “BioNTech” və “Pfizer” şirkətlərinin COVID-19 peyvəndini geniş istifadə üçün təsdiqləyib

Britaniya Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətlərinin birgə hazırladıqları COVID-19 peyvəndini geniş istifadə üçün təsdiqləyən ilk ölkə olub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ölkənin Dərmanlar və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi peyvəndin geniş istifadəsinin təhlükəsiz olduğunu təsdiqlədikdən sonra bu qərar verilib.

Britaniyanın səhiyyə naziri Matt Hankok isə bildirib ki, ölkənin milli səhiyyə xidməti növbəti həftənin ilk günlərindən etibarən peyvəndin tətbiqinə başlayacaq.

Bildirilib ki, əvvəlcə əhalinin həssas qrupları, xüsusilə yaşlılar ilk mərhələdə peyvənd olunacaq.

Britaniya artıq 40 milyon doza sifariş verib ki, bu da 20 milyon insanı peyvənd etmək üçün kifayətdir. Qarşıdakı günlərdə 10 milyona yaxın dozanın Britaniyaya gətiriləcəyi qeyd olunur. Bu da 800 000 insanın peyvənd olunması üçün nəzərdə tutulub.