XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 16:55

Gürcüstanda COVID-19:virusa yoluxanların ümumi sayı 143 min 376-ya çatıb

Gürcüstanda son sutkada daha 4033 nəfərdə koronavirus təsdiqlənib, 4061 nəfər sağalıb, 39 nəfər isə pandemiyanın qurbanı olub.

Bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib. Bildirilir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 143 min 376-ya çatıb. Virusdan sağalanların ümumi sayı isə 121 min 621 nəfərdir.

Ölkədə koronavirusun qeydə alındığı 26 fevral tarixindən bu günədək ölkədə 1342 nəfər pandemiyanın qurbanı olub. Yoluxmanın qeydə alındığı bölgələr sırasında paytaxt Tbilisi yenə də liderdir. Son sutkada paytaxtda 1705 nəfərdə koronavirus təsdiqlənib.

İmereti bölgəsində 624, Acarıstanda 402, azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli – Borçalıda 286, Şidi Kartlidə 281, Sameqrelo və Zemo Svanetidə 273 yoluxma faktı qeydə alınıb. Qalanlar isə digər bölgələrdə olub.

Hazırda ölkədə 20 387 aktiv koronavirus xəstəsi var. Onların da 2806-sı paytaxtdadır.

Vəziyyəti ağır olan xəstələrin 1058-i və süni tənəffüs aparatına qoşulan daha ağır xəstələrin də 215-i Tbilisidədir.

Hazırda 1980 nəfər karantində, 51 min 765 nəfər özünü təcrid rejimində, 3798 nəfər isə kovid-otellərdə saxlanılır(azərtac).