XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 18:25

Aİ və ABŞ “Şərq tərəfdaşlığı” ölkələrində siyasətlərini gücləndirməyə hazırlaşır

“Şərq tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyü və enerji təhlükəsizliyinin qorunması prioritet olaraq qalır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının dərc etdiyi Avropa İttifaqı və ABŞ arasında münasibətlərin yeni strategiyasına dair bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Aİ və ABŞ regional və qlobal sabitliyi təşviq etmək üçün ümumi çağırışlara cavabları koordinasiya etməli və “Şərq tərəfdaşlığı” ölkələrində siyasətlərini gücləndirməlidir.

Yenilənən strategiyanın 2021-ci ilin I yarısında keçirilməsi planlaşdırılan birgə sammitdə təqdim olunacağı bildirilib.