XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 20:02

Putin Rusiyada koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verib

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı geniş miqyaslı peyvəndlənməsinə başlamaq planını açıqlayıb.

Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib: “Bu, kütləvi də olmasa, geniş miqyaslı peyvəndləməyə başlamağımıza imkan verir. Peyvəndləmə birinci iki risk qrupunda – müəllimlər və həkimlər üzərində aparılacaq”.