XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 14:34

İvanişvilinin “Gürcü arzusu” koalisiyasında parçalanma –Qərbyönümlü partiya ayrıldı

xatuna-gurcu-respub

Gürcüstan Respublikaçılar Partiyası bu il keçirilən parlament seçkisində təkbaşına iştirak edəcək.

Bunu jurnalistlərə açıqlamasında partiyanın sədri Xatuna Samnidze deyib.

Onun sözlərinə görə, partiya seçkilərə qədər “Gürcü arzusu” koalisiyasının tərkibində qalacaq, eləcə də özünün hökumətdəki yerlərini qoruyacaq(Axar.az).

Qeyd edək ki, "Gürcü arzusu" koalisiyası 2012-ci ilin mayında gürcü milyarder Bidzina İvanişvilinin təşəbbüsü ilə yaradılıb. Koalisiyanın əsas hədəfi Mixail Saakaşvilinin Vahid Milli Hərəkatını məğlub etmək olub. Fraksiyanın tərkibində Gürcüstanın İnkişafı Sosial Demokrat Partiyası, Mühafizəkarlar Partiyası, Respublikaçılar Partiyası və digərləri yer alıb.

Respublikaçılar Partiyası daha çox qərbyönlü siyasəti ilə seçilib. Ekspertlər bu partiyanın koalisiyadan çıxmasının hakim komandanı zəiflədəcəyini bildirib.