XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 23:11

İstanbulun İstiqlal prospektinə giriş və çıxış məhdudlaşdırılıb

Türkiyədə COVID-19-la mübarizə məqsədilə yenidən qüvvəyə minən tədbirlər çərçivəsində İstanbulun, o cümlədən dünyanın ən çox turist qəbul edən məkanlarından biri olan İstiqlal prospektinə giriş və çıxış məhdudlaşdırılıb.

Azərtac xəbər verir ki, hər gün yüz minlərlə insanın ziyarət etdiyi prospektə yeni qaydalar çərçivəsində eyni vaxt ərzində yeddi min insanın daxil olmasına icazə veriləcək. Qadağalar Taksim və Tunel meydanları arasındakı ərazini əhatə edir.

Qeyd edək ki, Türkiyədə ən çox gündəlik yoluxma halları məhz İstanbulda qeydə alınır.