XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 08:00

Fransanın keçmiş prezidenti vəfat edib- 94 yaşında

Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Esten 94 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi siyasi xadimin yaxınlarına istinadən məlumat yayıb.

Keçmiş dövlət başçısının ölüm səbəbi COVID-19 koronavirus infeksiyasının yaratdığı fəsadlar olub.

Bu ilin sentyabrında o, ağciyər infeksiyası ilə Paris klinikasına müraciət etsə də, ona koronavirus diaqnozu qoyulmayıb. Noyabr ayının ortalarında yer KİV onun ürək çatışmazlığı diaqnozu ilə Tur şəhər xəstəxanasına yerləşdirilməsi barədə məlumat yaymışdı.

Jiskar d’Esten 1974-1981-ci illərdə Fransa dövlətinin başçısı vəzifəsində çalışıb.