XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 09:28

Moskvada COVID-19:son statistika açıqlanıb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 73 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9126-ya çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 617,4 mindən çox insanda koronavirus aşkar olunub, 465 min xəstə isə müalicə olunaraq sağalıb.