XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 22:19

Millətlər Liqası:bu gün final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“Report”un məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Mərasimdə “dördlər finalı”na vəsiqə qazanmış A Liqasının qrup qalibləri – İtaliya, Belçika, Fransa və İspaniya yığmaları yarımfinaldakı rəqiblərini tanıyacaqlar. Final mərhələsinin oyunlarına İtaliya ev sahibliyi edəcək.

Püşkatma mərasimindən öncə UEFA İcraiyyə Komitəsinin iclası olacaq.

Qeyd edək ki, həlledici mərhələdə yarımfinal görüşləri 2021-ci il 6-7 oktyabrda oynanılacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda qarşılaşma keçiriləcək.