XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 20:46

Kanada bu həftə “Boeing 737 MAX”ın uçuşlarına icazə verə bilər

Kanada hökuməti bu həftə öz hava məkanında “Boeing 737 MAX” təyyarələrinin kommersiya uçuşlarının bərpasına icazə verə bilər, lakin prosedur məsələləri səbəbindən texniki cəhətdən bu, 2021-ci ilin yanvarına qədər uçuşlar həyata keçirilməyəcək.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın CBC telekanalı bildirib.

Telekanal məhdudiyyətlərin ləğvi barədə çərşənbə günü Kanadanın nəqliyyat naziri Mark Qarno (Mark Garneau) və “Boeing 737 MAX” qəzalarında həlak olan kanadalıların yaxınlarının iştirakı ilə keçirilən video-konfrans zamanı deyildiyini iddia edir.

Kanadanın Nəqliyyat Nazirliyindən isə telekanala bildirilib ki, bu məlumat doğru olsa da, bir sıra prosedur və texniki məsələlər səbəbindən sözügedən təyyarələrin Kanadanın hava məkanında uçuşları 2021-ci ilin yanvarınadək həyata keçirilməyəcək.

“Hazırda belə bir qərar verilməyib, kommersiya uçuşlarına qoyulan qadağa qüvvədə qalır”, – nazirlikdən qeyd edilib. Bundan öncə isə Qarno bu laynerlərin istismarına dair icazənin bərpası prosesinin artıq başladıldığını bildirmişdi.

Xatırladaq ki, “Boeing 737 MAX” tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada (“Lion Air”) və 2019-cu ilin martın 10-da Efiopiyada (“Ethiopian Airlines”)) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.