XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 17:28

XİN başçısı:“Həll olunmamış münaqişələrin necə yüksək risklərinin olduğunu gördük"

“Dağlıq Qarabağdakı gərginlik və münaqişənin səbəb olduğu faciəvi insan itkiləri həll olunmamış münaqişələrin necə yüksək risklərinin olduğunu bizə bir daha göstərdi”.

Bunu İsveçin xarici işlər naziri Ann Linde ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

“Atəşkəs razılaşmasını nəzərə alaraq biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun himayədarlığı altında danışıqlar dayanıqlı sülhün əldə olunması ilə nəticələnə bilər və daha çox itkilərin verilməsinin qarşısı alınar. Bu faciəvi hadisə bizə xatırlatmalıdır ki, nə üçün Gürcüstan və Moldovadakı münaqişələr bizim diqqətimizi və siyasi öhdəliyimiz tələb edir”, – deyə Ann Linde vurğulayıb/APA.